“Dorian” qasırğası səbəbindən ABŞ-da 1 milyona yaxın insan təxliyə ediləcək

0
500

Atlantik okeanında yaranmış və Karib dənizi hövzəsinin şərq hissəsindən keçən “Dorian” tropik qasırğası artıq beşinci kateqoriyaya qədər güclənib.

Qasırğa səbəbindən Cənubi Karolina və Corciya ştatlarının əhalisi təxliyə ediləcək.

Cənubi Karolina ştatının qubernatoru Henri Makmaster “Dorian”ın yaxınlaşması səbəbindən sahil ərazidə yaşayan əhalinin təxliyəsinə dair göstəriş verib. Təxminən 1 milyon insanın təxliyəsi nəzərdə tutulur.

Corciya ştatının qubernatoru Brayan Kemp də müvafiq qərar qəbul edib.

Təxliyənin bu gün günorta saatlarından başlayacağı qeyd olunur.