“Dorian” qasırğası nəticəsində ölənlərin sayı 20-yə çatıb

0
528

 

Baham adalarında “Dorian” qasırğası nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb.

Bunu ölkənin səhiyyə naziri Dueyn Sandz bildirib.

Nazir “The Washington Post” qəzetinə bildirib ki, 17 nəfər Abako adalarında, 3 nəfər isə Böyük Baham adasında ölüb.

Məlumata əsasən, axtarış əməliyyatları aparılır. Rəsmi şəxslər hesab edir ki, qasırğanın qurbanlarının sayı artacaq.

Son məlumatlara əsasən, qasırğa nəticəsində təxminən 13 min tikili dağılıb və ya ziyan dəyib.