Doqquz aylıq olanda İspan qripinə, 102 yaşında koronavirusa qalib gəldi – FOTO

0
401

Doqquz aylıq olanda İspan qripinə qalib gələn 102 yaşlı braziliyalı Raimundo Leonardo de Oliveira bu dəfə də koronavirusa meydan oxuyub.

Bildirilir ki, o, artıq xəstəxanadan evə buraxılıb.

Nəvəsinin sözlərinə görə, evinə qayıdanda yaşlı kişinin ilk söylədiyi şey, hamı üçün çox darıxdığı olub. Bundan başqa o, pendir və üzüm suyu istəyib.

Qeyd edək ki, COVID-19-un ən geniş yayıldığı ölkələrdən biri Braziliyada 4,3 milyondan çox yoluxma qeydə alınıb, 131 mindən artıq insan həyatını itirib.