Doqquz aydan sonra nəşi tapılan şəhid.

0
411

Bu gün Agdaş rayonun Qaradeyn kəndində Məsimov Əkbər Yunis oglunun il dönümü qeyd olundu.
Doqquz aydan sonra nəşi tapılan Məsimov Əkbər Yunis oglu Agdaş rayonun Qaradeyn kəndində dəfn edilib.
Bu gün onun ilk il dönümünə Azərbaycanın bütün bölgələrindən şəhid ailələri, qazilər, mediya nümayəndələri gəlmişdir.

Öncə şəhidin qəbri ziyarət olunmuş, üzərinə gül dəstələri qoyulmuş, ruhuna dualar oxunmuşdur.

Tədbir ata ocağında ehsan süfrəsi arxasında davam etmişdir.
Tədbir Azərbaycan dövləti himni ilə başladı, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi.

İlk öncə şəhidin anası Arzu xanım gələn qonaqları salamlayaraq onlara öz təşəkkürünü bildirdi.
Şəhid ailələrinə söz veriıdi, məktəblilər, qazilər, rayon nümayəndələri, Dünya Azərbaycanlılarının Mədəniyyət mərkəzi Sabitlik və İnkişaf Mərkəzi Qəbələ rayon numayəndliyi rəhbəri hər biri çıxış etdi.

Şəhidin anasına şəhid ailələri öz övladlarını şəkillərin hədiyyə etdi.

Allah rəhmət eləsin şəhidlərimizə.

Təranə Alməmmədova

Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəz Sabitlik və İnkişaf Mərkəzi Qəbələ rayon numayəndliyi rəhbəri