Donetskin atəşə tutulması nəticəsində 28 nəfər ölüb

0
145

Ukraynanın işğal altındakı Donetsk şəhərinin Tekstilşik mikrorayonuna artilleriya zərbəsi nəticəsində 27 nəfər həlak olub.

Bu barədə Donets Xalq Respublikasının (DXR) rəhbəri Denis Puşilin öz “Telegram” kanalında yazıb.

“Donetsk mikrorayonunda artilleriya atəşi nəticəsində 27 mülki şəxs həlak olub, daha 25 nəfər, o cümlədən iki yeniyetmə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Ümumilikdə, bu gün 28 nəfər həlak olub, 30 nəfər bölgə sakini yaralanıb”, – deyə o yazıb.

Puşilin qeyd edib ki, atəş zamanı Donetsk, Qorlovka və Makeyevkada 11 yaşayış binası, həmçinin iki məktəb, bir bazar, ticarət mərkəzi, elektrik xətləri və digər mülki infrastruktur obyektləri zədələnib.

Qeyd edək ki, yanvarın 22-si Donetskin atəşə tutulması zamanı həlak olanlar üçün DXR-də matəm günü elan edilib.