ABŞ Prezidenti Donald Tramp Federal Ehtiyat Sisteminin (FED) Açıq Bazar Əməliyyatları Komitəsinin bu gün başa çatacaq 2 günlük iclasında qurumu uçot dərəcəsini azaltmağa çağırıb.
Dövlət başçısı müraciətini “Twitter” səhifəsində edib.
“FED, ağıllı ol və Avropa ölkələri ilə rəqabətə davamlılığı artırmaq üçün faizi endir”, – o deyib.
Xatırladaq ki, ötən il FED uçot dərəcəsini 3 dəfə endirib.