ABŞ prezidenti Donald Tramp siyasi rəqibləri olan Demokratlar Partiyasının üzvlərinin ünvanına növbəti dəfə tənqidi fikirlər səsləndirib.
bu barədə “Fox News” məlumat yayıb.
Məlumata görə, ABŞ prezidenti bildirib ki, demokratlar Rusiyayla sövdələşmədə sübutlara malik olmadan onu ittiham edərək, “böyük yalan”a gediblər”.
“Bütün bunlar böyük yalandır və demokratlar təkid etməyə davam edirlər, çünki onlar çox pis işlədilər”, – deyə o bildirib.
Daha əvvəl ABŞ Konqresinin Nümayəndələr Palatasının Gəlirlər və Xərclər üzrə komitə sədri Riçard Nil rəsmi şəkildə Birləşmiş Ştatların prezidenti Donald Trampdan altı illik vergi bəyannamələrini tələb edib.