Dollara qarşı ittifaq GÜCLƏNİR: daha bir ölkə qəti QƏRAR VERDİ

0
162

Səudiyyə Ərəbistanı BRICS assosiasiyasına qoşulub.

Bu barədə “Al Ekhbariya” telekanalı məlumat yayıb .

Bu xəbəri Alarabiya.net portalı da təsdiqləyib.

Səudiyyə rəsmiləri BRICS-i beynəlxalq iqtisadi əməkdaşlığın yaxşılaşdırılması üçün faydalı və mühüm alət adlandırıblar.

Xatırladaq ki, ilk qurucu üzv ölkələrin (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası) adlarının ingiliscə baş hərfləri ilə adlandırılan BRICS ABŞ dollarının qlobal hegemonluğunu qırmaq üçün hərəkətə keçib.

Cənubi Afrika Respublikasında toplanan və Rusiya və Çinin rəhbərliyi altında yaradılan BRICS-in ilk simvolik əskinası ötən il peyda olub.

İlk üzvləri Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası olan assosiasiyaya sonradan Argentina, Misir, Efiopiya, İran, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı da qoşulublar.