Doğulmamış körpə ultrasəs müayinəsində “qələbə işarəsi” göstərdi

0
469

Ultrasəs müayinəsində doğulmamış uşaq “qələbə işarəsi“ – “V” göstərərək gələcək anasını güldürüb, həkimləri isə heyrətləndirib. Bu barədə Mirror Online xəbər verir.

Şotlandiyada 21 yaşlı Cemma Hyuston qeyd edib ki, qızı ultrasəs müayinələri zamanı heç vaxt düzgün vəziyyətdə yatmır.

Hamilə qadın bunun dördüncü ultrasəs müayinəsi olduğunu və bir dənə də normal fotoşəklinin olmadığını söyləyib. Hyuston körpənin jestinin gülməli olduğunu düşünərək gələcəkdə bu şəkli qızına göstərəcəyini söyləyib.