
Azərbaycanda koronavirusla əlaqədar distant tədrisə keçən məktəb və siniflərin sayı açıqlanıb.
Bir neçə gündür ki COVID-19 virusuna yoluxanların sayı xeyli artıb. Artıq orta məktəblərdə də şagirdlər arasında infeksiyaya yoluxma halları qeydə alınır.
Bəzi məktəblərdə, siniflərdə buna görə ənənəvi tədris prosesi dayandırılır və təlib-tərbiyə prosesi distant formada həyata keçirilir.
Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov bununla bağlı danışıb. Gəlin baxaq məktəblərimizdə epidemioloji vəziyyət nə yerdədir?
Cəsarət Valehov bildirilib ki, hazırda ölkə üzrə 3 məktəb distant təhsildədir.
Bundan əlavə, distant təhsilə keçən siniflərin sayı 203-dür.