Dişlərinizə qayğı göstərməsəniz… – XƏBƏRDARLIQ

0
326

Apardığım laboratoriya tədqiqatından belə qənaətə gəldim ki, ağız boşluğuna implantlar qoyulduqda, ortodontik breketlər taxılanda, diş əti problemləri artdıqda, dişlər 3 gün fırçalanmayanda birləşən müxtəlif bakteriya növləri nisbətinin qəfil dəyişməsi bir sıra xəstəliklərə səbəb ola bilər.

Bu sözləri türk stomatoloq İlkər Ərdoğan deyib.

O bildirib ki, bu problemlərin qarşısını almağın ən asan yolu gündəlik diş ipindən istifadə etmək, gündə ən azı 2 dəfə dişləri fırçalamaq və ən çox 6 aydan bir diş həkiminə müraciət etməkdir: “Tez-tez istifadə etdiyiniz ağız qarqaraları apteklərdə reseptsiz satılsa da, həkim nəzarətində istifadə etmək faydalı olacaq. Həddindən artıq istifadə zərərlidir. Həmçinin bu, qan təzyiqi problemi olan xəstələrdə faydalı bakteriyaların zədələnməsinə, dilin və dişlərin rənginin dəyişməsinə, dad itkisinə və müxtəlif problemlərə səbəb ola bilər”.

Həkim qeyd edib ki, dişlərin fırçalanmaması, ağız boşluğunun gigiyenasına riayət edilməməsi, qüsurlu protezlər, diş daşı, diş əti problemləri bakteriya sayını artırır: “Diş əti xəstəliyi mövcud sağlamlıq problemini daha da ağırlaşdıra və yeni sağlamlıq problemi yarada bilər. Dişinə, ağız boşluğuna düzgün qulluq etməyən insanların yaratdığı problemlər digər fərdlər tərəfindən asanlıqla müəyyən edilə bilər. Cəmi bir neçə gün fırçalanmayan dişlərdəki lövhələrin sarı rəngi kənardan aydın sezilir. Ağız qoxusu da davam edəcək. Bunun davamı diş lövhəsinin təsiri altında diş ətinin iltihabına və infeksiyasına səbəb olur”.