Diş fırçası, növləri və seçimi?

0
300

Diş fırçaları növlərinə görə yumşaq, orta sərtlikdə və sərt olur. Bunların seçimi onun istifadəçisindən asılı olaraq seçilir. Bəs diş fırçasını seçən zaman nələrə diqqət etmək lazımdır?
Diş fırçası dişləri öz növünə uyğun olaraq təmizləyir. Azyaşlı uşaqlar və həssas ağıza sahib olan adamlar adətən yumşaq fırçadan istifadə edirlər. Amma mütəxəssislər dişin sağlamlığı üçün sərt fırçanın seçilməsini məsləhət görürlər. Belə ki, sərt fırçalar dişi təmizləyərkən onların üstündəki bakteriyaları, xəstəlik əmələ gətinən mikrobları daha yaxşı təmizləyir. Sərt fırça ilə dişləri yumaq diş xəstəliklərinin əmələ gəlməsinin qarşısını alır və kariesin inkişafını ləngidir.
Diş fırçası seçərkən onun başlıq hissəsinin ölçüsünə də diqqət yetirilməlidir. Belə ki, balaca ağıza sahib olan adamlar iri başlıqlı diş fırçalarından istifadə etməkdə çətinlik çəkdiklərinə görə onlar seçim edərkən bunu nəzərə almalıdırlar.
Mütəxəssislər yumşaq və kiçik başlıqlı diş fırçasından yalnız azyaşlı uşaqların istifadə etməsini məsləhət bilirlər.