DİQQƏT: Sumqayıtda məşhur brendin adı ilə saxta şampun istehsal olunur

0
132

Sumqayıtda məşhur brendinin adı altında saxta şampun istehsal edən sex aşkarlanıb. 

Bu barədə Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov məlumat verib.

O bildirib ki, Birliyə saxta şampun növü ilə bağlı məlumat daxil olub:

Şampunun üzərində heç bir istehsal tarixi və istehsala yararlılıq müddəti qeyd edilməyib. Şampun Türkiyənin məşhur brendlərdən birinin imitasiyasıdır. Bizə məlum olub ki bu şampunlar Sumqayıt şəhərində istehsal edilir. Yaxın zamanlarda aidiyyəti dövlət qurumları ilə birlikdə araşdırma və tədqiqat işləri aparacağıq. Təəssüf ki, bu cür tərkibində kimyəvi maddələr olan malların istehsal müddəti olmadığı üçün dəri ilə təmasda olarkən insan orqanizminə ciddi təhlükə yarada bilər. İstehlakçılar bu cür məhsullar alarkən onun üzərində yazılan istifadə müddətinə diqqət etsinlər. İstehsal tarixi kağız üzərində yazılıb yapışdırılıbsa, o məhsullardan uzaq olmaq lazımdır”