Diqqət: Kartofdan zəhərlənə bilərsiniz – Video

0
520

Qabığında yaşıl rəng və cücərmə əmələ gələn kartof insan orqanizmində ciddi problemlər yarada bilər.

Nəinki istehlakçılar, kartof satışı ilə məşğul olanlar da məsələnin ciddiliyinin fərqində deyillər. Onlar bu yaşıllığın təbii hal olduğunu və günəş şüalarından yarandığını deyirlər.

“Xəzər Xəbər”in məlumatına görə, qida mütəxəssisləri deyirlər ki, günəş şüaları kartofun qabığını yaşıllaşdırır və tərkibində xlorofil artır. Bu isə solanin adlanan maddənin əmələ gəlməsinə səbəb olur. Qida Təhlükəsizliyi İnstitutunun keyfiyyətə nəzarət şöbəsinin aparıcı mütəxəssisi Vüqar İsmayılzadə bildirir ki, kartof tamamilə yaşıl rəngdədirsə, istehlak üçün yararsızdır.

Kartofda əmələ gələn solanin maddəsi insan orqanizmində bir sıra fəsadlara yol aça bilər.

Əgər kartofun üzərində yaşıl nöqtələr kiçikdirsə və həmin hissələri bıçaqla kəsərək qoparmaq mümkündürsə, qida kimi qəbul etmək olar. Mütəxəssislər onu da qeyd edirlər ki, kartofu solanin maddəsindən qorumaq üçün mütləq şəkildə qaranlıq və sərin yerlərdə saxlamaq lazımdır.