Bu gün Ceyranbatan, Masazır, Saray və Binəqədi qəsəbəsinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyət olacaq.
“Azərsu” ASC-dən verilən məlumata görə, magistral xətlərdə yenidənqurma işlərinin aparılması ilə əlaqədar 20 dekabr 2019-cu il tarixində gün ərzində Ceyranbatan, Masazır və Saray qəsəbələrinə, həmçinin Binəqədi qəsəbəsinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyət olacaq.