
Xarici İşlər Nazirliyinə diplomatik xidmətə qəbul imtahanı yanvarın 23-də keçiriləcək. İmtahanda iştirak etmək üçün qeydiyyat yanvarın 12-si saat 18:00-dək davam edəcək.
Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib.
İmtahanda namizədlərə test və esse tapşırıqları təqdim olunacaq. Test və esse tapşırıqlarının strukturu ilə DİM-in saytında ətraflı tanış olmaq mümkündür.