Diplomatik gərginlik: İran bu ölkələrdəki səfirlərini çağırdı

0
50

İran Xarici İşlər Nazirliyi Almaniya və Avstriyadakı səfirlərini bu ölkələrin oxşar hərəkətlərinə cavab olaraq çağırıb.

Bu barədə “Mehr” agentliyi nazirliyə istinadən məlumat yayıb.

“Almaniya səfiri Markus Petzel və Avstriya səfiri Ditrix Heim fərdi qaydada Xarici İşlər Nazirliyinə çağırılıb”, – İran XİN-in bəyanatında deyilir.

Xatırladaq ki, ötən gün Almaniya və Avstriyanın xarici işlər nazirlikləri İranın İsrailə raket hücumları ilə bağlı İran səfirlərini çağırmışdı.