DİN Zəngilanın Ağalı kəndinə köçəcək sakinlərə müraciət etdi

0
405

“Vətənə qayıdış yaxınlaşır. İnsanlar tələsir. Anlaşılandır”.

Bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi polis mayoru Elşad Hacıyev deyib.

“Ancaq bir qədər səbir və təmkin nümayiş etdirməliyik. Vətəndaşlarımızı təhlükədən qorumaq məqsədilə işğaldan azad edilən ərazilərə gedən yollarda müvəqqəti postlar var. Bu postlar ona görə saxlanılır ki, işğaldan azad edilən ərazilərə icazəsiz səfərlərin qarşısı alınsın. Çünki hələ da təhlükə var. Sirr deyil ki, müharibədən sonra baş verən faciələrin 53 faizi həmin ərazilərə qanunsuz səfərlər nəticəsində baş verib.

Sürətlə minatəmizləmə əməliyyatları aparılır, təmizlənən ərazilərə vətəndaşların təhlükəsiz qayıdışı üçün bərpa və quruculuq işləri həyata keçirilir. Artıq məlumdur ki, 2022-ci ildə Zəngilan rayonunun Ağalı kəndinə ilk sakinlər köçürüləcək. Həmin sakinlərin düzgün xəbərdar edilməsi və maarifləndirilməsi, təhlükəli ərazilərdə davranış qaydaları ilə bağlı məlumatlandırılması zəruridir.

Bu istiqamətdə işlər davam etdirilir. Hər birimiz daha çox çalışmalı, daha çox işləməli, daha çox məlumatları bölüşməli və paylaşmalıyıq. Qarabağ Azərbaycandır!”, – deyə o vurğulayıb.