DİN sürücülərə müraciət etdi

0
399

“Ehtiyatsızlıq can alır, öldürür, yetim qoyur, şikəst edir, bədbəxt edir”.

Bunu  açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev deyib.

O bildirib ki, şənbə və bazar günləri respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər ölüb, 4 nəfər xəsarət alıb: “Bu faktlı hadisələrin miqyasına baxaq – ibrət var. Hara tələsirdilər?! Ağırdır. Təskinliyi yoxdur. Analar övladsız, övladlar atasız, ailələr başsız qaldı. Varmı onları əvəz edəcək kimsə? Yoxdur.
Yol polisini görəndə sürəti azaldır. Qorxur ki, məsuliyyətə cəlb ediləcək? Bəs bu özündən sonra gözü yaşlı qoyduqlarının taleyi necə olacaq?”