DİN sosial şəbəkələrdə küçədə ölən şəxslə bağlı yayılan görüntülərə aydınlıq gətirib – VİDEO

0
482


Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə küçədə ölən şəxslə bağlı yayılan görüntülərə aydınlıq gətirib.
Nazirliyin mətbuat xidmətindən bildirilib ki, bu gün Biləcəri qəsəbəsi ərazisində dayanacaqda bir nəfərin halı qəfildən pisləşib. Ətrafdakı şəxslərin müdaxiləsinə baxmayaraq o dünyasını dəyişib.
Araşdıralar nəticəsində dünyasını dəyişən şəxsin ağır şəkər xəstəsi olduğu, ürək çatışmazlığından əziyyət çəkdiyi və onun ölümünə də bu xəstəliklərin səbəb olduğu müəyyən edilib.
Qeyd edək ki, sosial şəbəkələrdə Biləcəri qəsəbəsi ərazisində küçədə ölən şəxsin xüsusi geyimli şəxslər tərəfindən meyitinin aparılmasını əks etdirən görüntülər yayılıb.(APA)