DİN: Qarabağda antiterror tədbirlərindən sonra ərazilər qarış-qarış yoxlanır

0
180

Qarabağda lokal antiterror tədbirlərindən sonra Azərbaycanın nəzarəti altına keçən ərazilərdə aşkarlanan mina və digər təhlükələr zərərsizləşdirilir.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Əməkdaşlar tərəfindən Vətən torpaqları qarış-qarış yoxlanılır. Aşkarlanan mina və digər təhlükələr zərərsizləşdirilir”, məlumatda deyilir.