Daxili İşlər Nazirliyi uşaqlara qarşı kiberzorakılıqla bağlı valideynlərə müraciət edib.
Nazirliyinin sosial şəbəkələrdə yaydığı müraciətdə bunlar vurğulanıb:
– Virtual mühitdə diqqət edilməsi vacib olan məsələlərlə bağlı övladlarınıza məntiqli izahlar verin;
– Müasir texnologiyalardan istifadəni qadağa etmək əvəzinə, düzgün istifadə etməyi aşılayın;
– Sosial mediadan istifadə edərkən hesablarını nəzarətdə saxlayın və gizlilik qaydalarını öyrədin;
– Virtual mühitdə qarşılaşa biləcəyi təhlükə və riskləri başa düşəcəyi dildə deyin;
– Övladınıza sosial şəbəkədə hansısa bir təhdid və təhlükə ilə üzləşdikdə valideyni ilə bölüşə və polisə müraciət edə biləcəyini öyrədin.