DİN-dən ünvanlı sosial yardım almaq istəyənlərə ÇAĞIRIŞ

0
149

“Ünvanlı dövlət sosial yardımının verilməsi üçün müraciət edənin mülkiyyətində və ya istifadəsində (etibarnamə əsasında) nəqliyyat vasitəsinin olması həmin şəxsə sosial yardım təyin olunmasından imtina üçün əsas sayılır”.

Bunu Daxili İşlər Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rövşən Tağıyev öz “Facebook” hesabında qeyd edib. 

“Bu səbəbdən bütün vətəndaşlarımızdan xahiş edirik istifadəyə yararsız nəqliyyat vasitələrini adlarından çıxdaş etmək üçün müvafiq sənədlərlə birgə qeydiyyat imtahan mərkəzlərinə yaxınlaşsınlar. Proses qısa vaxt ərzində növbəsiz həyata keçirilir”, – R.Tağıyev müraciətində bildirib.