DİN-dən şok əməliyyat: onlarla vəzifəli saxlanıldı

0
1187

Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi (BMCMİ) kənd təsərrüfatı sahəsində ayrılan dövlət pullarını mənimsəməkdə şübhəli bilinən vəzifəli şəxslərə qarşı əməliyyat keçirir. BMCMİ əməkdaşları kənd təsərüfatına dəstək üçün dövlət tərəfindən ayrılan subsidiyaları mənimsəyən vəzifəli şəxslərə qarşı genişmiqyaslı əməliyyata başlayıb.

Məlumata görə, əməliyyatda Kənd Təsərüfatı Nazirliyinin əməkdaşları da iştirak edir.

Çoxlu sayda saxlanılanlar var.

***

Aqrar sahəyə ayrılan dövlət subsidiyasının mənimsənilməsi faktları üzrə Daxili İşlər Nazirliyi Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları ilə birgə özəl sektorun hüquqi şəxslərinə qarşı əməliyyat keçirib.

Məlumata görə, əməliyyat zamanı Azərbaycanın müxtəlif rayonlarında gübrə təchizatı ilə məşğul olan özəl şirkətlərin onlarla vəzifəli şəxsi həbs olunub.

Qeyd edək ki, yaxın zamanda əməliyyatla bağlı DİN və Kənd Təsərrüfatı Nazirliyi rəsmi məlumat yayacaq.

***

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat katibi Vüqar Hüseynov əməliyyatla bağlı açıqlama yayıb. O bildirib:

“Bəzi kütləvi informasiya vasitələrində hüquq-mühafizə orqanlarının Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxslərinə qarşı əməliyyat keçirilməsi barədə əsassız məlumatlar yayılıb.

Media nümayəndələrinin nəzərinə çatdırmaq istəyirəm ki, qeyd olunan əməliyyat aqrar sahəyə ayrılmış subsidiyaların mənimsənilməsində şübhəli bilinən özəl sektorun vəzifəli şəxslərinə qarşı keçirilir. Əməliyyatda Daxili İşlər Nazirliyinin müvafiq strukturları ilə birlikdə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Aqrar Kredit və İnkişaf Agentliyinin əməkdaşları da iştirak edir. Əməliyyatın təfərrüatı ilə bağlı birgə məlumat yayılacaq”.