Paytaxtın Suraxanı rayonunda 282 saylı məktəbdə şagirdin neqativ hərəkətləri ilə bağlı sosial şəbəkələrdə yayılan iddiaların yoxlanılması məqsədilə araşdırmalar gedir”.
Bu barədə açıqlamasında DİN Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib. E.Hacıyev bildirib ki, rayon polisinin rəhbər vəzifəli şəxsləri hazırda məktəbədir:
“Tərəflərdən polisə daxil olan qarşılıqlı şikayətlərin təfərrüatları yerində yoxlanılır. Neqativ hala rəvac verən halın aradan qaldırılması istiqamətində müvafiq tədbirlərin görülməsi təmin olunacaqdır”.
Qeyd edək ki, ötən gün adıçəkilən məktəbdə şagirdlərdən birinin şalvarını çıxardığı, qız uşaqlarını küçə söyüşləri ilə təhqir etdiyi, müəllimələri söydüyü və məktəbə bıçaq gətirib hamını hədələyi ilə bağlı məlumat yayılıb.