DİN-dən hərəkətdə olan maşından atılan qadınla bağlı AÇIQLAMA

0
411

Daxili İşlər Nazirliyi hərəkətdə olan avtomobildən yola atılan qadınla bağlı yayılan xəbərə münasibət bildirib.

DİN-in mətbuat xidmətinin Quba regional qrupunun baş inspektoru, polis leytenantı Xəyal Talıbov açıqlamasında bildirib ki, avqustun 7-də Şabran rayon sakini Heyyət Heybətov ilə tanışı, Qusar rayon sakini Natəvan Sarxanova arasında mübahisə yaranıb:

“Nəticədə H.Heybətov qadını hərəkətdə olan avtomobildən yola atıb. Hadisə Quba rayonu ərazisində baş verib. N.Sarxanova xəsarətlərlə Şabran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hadisəyə hüquqi qiymət veriləcək”.