DİN-dən Gəncədə hərbçinin polis postundan şəhərə buraxılmaması ilə bağlı AÇIQLAMA

0
348

Sosial şəbəkələrdə Gəncə şəhərinin çıxışındakı stasionar polis postunda bir nəfər hərbçinin şəhərə avtomobillə buraxılmaması ilə bağlı yayılan görüntülər Gəncə şəhər Baş Polis İdarəsində araşdırılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan  verilən məlumata görə, dekabr ayının 25-i gecə saatlarında hərbçinin müştəri qismində taksi ilə Gəncə şəhərinin Hacıməlikli girişindəki xüsusi karantin rejimi ilə əlaqədar qurulan stasionar polis postundan şəhərə daxil olmaq istəyərkən polis əməkdaşları tərəfindən müvafiq icazələrin olmadığı müəyyən edilərək, taksi sürücüsünün şəhərə girişi qadağan olunub, hərbi geyimli şəxs isə avtomobildən düşərək, şəhər ərazisinə piyada daxil olub:

“Daha sonra həmin şəxsin video çəkərək polis əməkdaşlarının guya ondan pul istəməsi isə həqiqətə uyğun deyil”.