Dövlət İmtahan Mərkəzi yoxlama-ölçmə materiallarının işlənməsi şöbəsi, Qabiliyyət imtahanları üzrə sektora müqavilə əsasında işçi qəbulu elan edib.
DİM-dən saytımıza verilən məlumata görə, Mərkəz xüsusi qabiliyyət tələb edən (musiqi sahəsinə aid) ixtisaslara qəbul imtahanları ilə əlaqədar cari işlərin həyata keçirilməsinə kömək məqsədilə müqavilə əsasında işçi qəbulu elan edir:
Namizədlər musiqi sənəti istiqaməti üzrə aşağıdakı bilik və bacarıqlara malik olmalıdır:
Musiqişünaslıq ixtisası üzrə magistr təhsili;
Azərbaycan və rus dillərini bilmək;
Mircrosoft Office proqramlarında orta səviyyədə işləməyi bacarmaq;
Sibelius kompüter proqramında sərbəst işləməyi bacarmaq;
Test tapşırıqlarını və digər yoxlama-ölçmə materiallarının tərtibini təşkil etmək;
Test tapşırıqlarının və digər yoxlama-ölçmə materiallarının ekspertizasını təşkil etmək.
İşə götürülənin vəzifəsi, əmək haqqı və iş qrafiki müqaviləyə əsasən müəyyən olunur. Maraqlanan şəxslər CV formasını tam şəkildə dolduraraq fevralın 10-dək [email protected] elektron poçt ünvanına mövzu hissəsində “İşə qəbul” yazaraq göndərə bilərlər. Tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.