Dövlət İmtahan Mərkəzi rus dili fənni üzrə mütəxəssislərin işə qəbulunu elan edib.
Mərkəzdən verilən məlumata görə, fənn üzrə yoxlama-ölçmə materiallarının hazırlanması üzrə mütəxəssislərin funksiyaları aşağıdakılardır:
– Rus dili və ədəbiyyatı fənni üzrə yoxlama-ölçmə materiallarının hazırlanması və ekspertizası üzrə tələb olunan işləri həyata keçirmək;
– Fənn üzrə ümumi metodiki göstərişlərin işlənib hazırlanmasında iştirak etmək.
İxtisas tələbləri və digər şərtlər:
Namizəd aşağıdakı ixtisaslardan biri üzrə ən azı bakalavr təhsilinə malik olmalıdır:
– Filologiya (rus dili və ədəbiyyatı);
– Xarici dil müəllimliyi (rus dili üzrə);
Yeni təhsil proqramları (kurikulumlar) üzrə məlumatlı olmalıdır.
“Microsoft Office” proqramlarında işləməyi bacarmalı, Azərbaycan dili və rus dilini mükəmməl bilməlidir.
İşə götürülənin vəzifəsi, əməkhaqqı və iş qrafiki əmək müqaviləsinə əsasən müəyyən olunur. Vakansiya ilə maraqlanan şəxslərdən CV formasını buradan yükləyib tam şəkildə dolduraraq 2021-ci il oktyabrın 10-dək elektron poçt ünvanına mövzu hissəsində “İşə qəbul” yazaraq göndərmələri xahiş olunur.