DİM 11 min manatlıq gül almasına aydınlıq gətirdi – RƏSMİ

0
651

Dövlət İmtahan Mərkəzi (DİM) 11 min manatlıq gül alışı müqaviləsi ilə bağlı yayılan məsələyə münasibət bildirib.

DİM-dən  verilən cavaba görə, bu tip müqavilələr rəsmidir və hər il imzalanır:

“Əliyev Ceyhun Əbdülağa oğlu da “Ağ Çiçəyim” gül dükanları adından tərəf kimi iştirak edib. Gül buketləri bütün il ərzində həyata keçirilən müxtəlif dövlət tədbirləri, konfranslar, bayramlarda və digər tədbirlərdə istifadə olunmaq üçün nəzərdə tutulur”.

Qeyd edək ki, bu gün DİM-in fiziki şəxs Əliyev Ceyhun Əbdülağa oğlu ilə 11 min 227,7 manatlıq müqavilə bağlanması barədə məlumat yayılıb.