
Milli Məclisin deputatları ötən gün koronavirusla bağlı test yoxlanışından keçib.
Bu barədə danışan parlamentin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu bildirib ki, test nəticələrinə əsasən, deputatlarla bağlı hər hansı problem yoxdur:
“Belə ki, nəticələr neqativ çıxıb. Eyni zamanda, Milli Məclis sədrinin təşəbbüsüylə jurnalistlərin də iclası izləməsi üçün şərait yaradılıb. Binaya daxil olan jurnalistlər termovizor aparatı vasitəsilə yoxlanılacaq”.