Deputatları Qafqaz Müsəlmanları İdarəsinə ÇAĞIRDILAR

0
458
Bu gün Milli Məclisin deputatları Qafqaz Müsəlmanları İdarəsinə (QMİ) toplaşır.

Deputatlar QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə ilə görüşəcəklər.

Milli Məclisin deputatı Cavanşir Paşazadə  sayımıza  görüşün detalları barədə danışıb:

“Bildiyiniz kimi, cənab prezident İlham Əliyev Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70, şeyxülislamlıq fəaliyyətinin 40 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb. Həmin sərəncama əsasən,  bu gün Milli Məclisin deputatları olaraq şeyxlə görüşəcəyik”.

Şeyxin qardaşı bildirib ki, prezidentin tapşırığına əsasən Şeyxülislamın 70 illiyi ilə əlaqədar rayonlarda da silsilə tədbirlər keçirilir:

“Hətta, Naxçıvanda da tədbir keçiriləcək. Avqustun 26-da Şeyxülislam Allahşükür Paşazadənin 70 illiyi tamam olur. Noyabrda isə böyük sammit olacaq. Məhz noyabrda 70 illik və 40 illik yubiley dövlət səviyyəsində keçiriləcək. Ona görə də silsilə tədbirlər davam edir”.