Deputatları intizama çəkən komissiyaya sədr seçildi

0
362

 

Milli Məclisin İntizam komissiyasının iclası keçirilib.

Deputat Eldar İbrahimov İntizam Komissiyasının sədri seçilib.

Fəzail Ağamalı isə Komissiya sədrinin müavini olub.

Yeni çağırış Milli Məclisin İntizam komissiyasının digər üzvləri aşağıdakı deputatlardır:

Nurlan Həsənov, Afət Həsənova, Məlahət İbrahimqızı, Nəsib Məhəməliyev, Hikmət Məmmədov, Məşhur Məmmədov, Səttar Möhbalıyev, Madər Musayev və Nizami Səfərov.