
“Dünən dövlət büdcəsi və zərfi Milli Məclisə daxil olub. Sabahdan komitələrdə bu məsələlər müzakirə ediləcək. Plenar iclas isə dekabrın 24-də olacaq”.
Bu barədə parlamentin bu gün keçirilən plenar iclasında Milli Məclisin sədri Sahibə Qafarova məlumat verib.
O bildirib ki, sabah saat 9:00-dan başlayaraq deputatlar koronavirus testindən keçəcəklər.