Deputatın şirkəti cərimə olundu – İDDİA

0
682

“Azərmed” Məhdud Məsuliyyətli Cəmiyyəti karantin rejimi qaydalarını pozduğu üçün cərimə olunub.

MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə protokol tərtib olunub və cəza tədbiri görülməsi üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.

Hakim Günay Cavadovanın sədrliyi ilə baş tutan iclasda MMC-nin xüsusi karantin rejimi qaydasını pozması müəyyən edilib və cərimə olunması barədə qətnamə qəbul edilib.

İddia olunur ki, “Azərmed” MMC deputat Kamaləddin Qafarovun ailəsinə məxsusdur