Deputatdan Tarif Şurasının qərarına ironik reaksiya

0
469

Milli Məclisin iclasında deputat Aqil Abbas Azərbaycanda çəkilən yerli filmlərin vergilərdən azad olunmasını təklif edib.

A.Abbasın fikrincə, hər il dövlət büdcəsindən yerli filmlərin çəkilməsi üçün pul ayırır.

“Amma pul ayrılıb kinostudiyanın hesabına köçürülən kimi həmin pulun 18 faizi vergilərə gedir. Buna görə də yerli filmlər vergidən azad edilməlidir”.

“Xahiş edirəm bu məsələlər burada qalmasın. Tarif Şurası da sağ olsun, suyun qiymətini qaldırdı, sevindik”,-deyə A.Abbas əlavə edib.