Hazırda Ukraynada vətəndaş müharibəsi gedir”.
Çexiyanın sağçı populist “Azadlıq və Birbaşa Demokratiya” partiyasının deputatı Jiri Kobza belə deyib.
O, bu barədə “CNN Prima News”da tok-şou zamanı danışıb. Lakin proqramda iştirak edən Çexiya diplomatiyasının rəhbəri Yan Lipavski onun bu sözlərinə qəzəblənib, “vətəndaş müharibəsi yoxdur, bu, tamamilə yalandır” deyib.
J.Kobza isə israrla fikirlərini müdafiə etməyə davam edib:” Xeyr, vətəndaş müharibəsi hələ də davam edir. Hansı ki, bu, Rusiya-Ukrayna müharibəsindən daha təhlükəli, müharibənin isə ən pis formasıdır”.
“Bu, əvvəldən Rusiya imperiyasının təcavüzüdür. Onlar saxta dövlətlər yaradıblar. Siz rus rəvayətlərinə qarışırsınız və bu, üzücüdür”, – Lipavski daha sonra etiraz edib.
Şouda, həmçinin Ukraynanın Avropa Birliyinə mümkün qəbulu müzakirə olunub. Qoşulma prosesinin özünə gəlincə, Lipavski bildirib ki, İttifaqın bütün dövlətlərini razı sala bilsə, bu məsələ 2023-cü ildə həllini tapa bilər