Deputat TƏBİB-dən narazılıq etdi

0
709

Parlamentin Əmək və sosial siyasət komitəsinin iclasında deputat Arzu Nağıyev Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyindən (TƏBİB) narazılıq edib. A.Nağıyev TƏBİB yarandıqdan sonra Azərbaycanda diz implantı sahəsində problemlər yarandığını deyib.

“TƏBİB yaranana qədər hər il 600 insan pulsuz diz implantı ilə təmin edilirdi. TƏBİB yarandıqdan sonra isə belə əməliyyatlar aparılmayıb”, – deyə A.Nağıyev əlavə edib.

O təklif edib ki, TƏBİB rəhbərliyi parlamentə dəvət olunmalı və müzakirələr keçirilməlidir. TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlıdır.