Deputat müəllimlərin imtahanla işə götürülməsinə qarşı çıxdı

0
246

Milli Məclisin deputatı Siyavuş Novruzov müəllimlik ixtisasını bitirənlər üçün işə qəbul zamanı əlavə imtahanların ləğvini tələb edib.

Deputat dövlət ali təhsil müəssisəsini qırmızı diplomla bitirən müəllimin işə qəbul üçün yenidən imtahandan keçdiyini xatırladıb.

O bildirib ki, onsuz da həmin şəxs ali təhsil aldığı müddətdə kifayət qədər biliyə sahiblənib:

“Hər il qanunvericilikdə dəyişiklik edilir, dərsliklər yenilənir. Nəzərə almaq lazımdır ki, ölkədə 200 minə yaxın müəllim var. Ali məktəbi bitirən kimi iş tapmaqdan ötrü gərək həmin şəxs yenə test imtahanından keçsin. Başqa qurumlar da imtahan təcrübəsini tətbiq edir. Xaricdə diplomu təqdim edib iş tapa bilməyən şəxs Harvardı belə məhkəməyə verir. Universitet tələbədən oxuduğu 4 il müddətində təhsil haqqını alıb amma lazımi biliyi verməyib? Bəs elədirsə niyə onda diplom verirlər? Hər yerdə müəllimin qədri bilinməlidir. Qanunvericilikdə təkmilləşdirmə aparılmalıdır ki, insanların rahatlığını təmin edək”.