Deputat karantin rejimi ilə bağlı cəzaların sərtləşdirilməsini təklif etdi

0
339

Təəssüf ki, koronavirusla əlaqədar tətbiq olunan karantin rejiminə bəzi bölgələrdə məsuliyyətsiz yanaşılır”.

Bunu Milli Məclisin iclasında deputat Musa Quliyev deyib.

M.Quliyev bildirib ki, qaydalara əməl etməmək virusun ikinci dalğasının gəlməsinə səbəb ola bilər.

O təklif edib ki, Cinayət və İnzibati Xətalar Məcəllələrinə karantin rejiminin pozulmasına görə cəzaların sərtləşdirilməsini nəzərdə tutan əlavələr olunsun.

“Biz bununla bağlı Nazirlər Kabineti yanında operativ qərargahla məsləhətləşməliyik”, – deyə M.Quliyev vurğulayıb.