Deputat dilənçilərlə bağlı təklif verdi

0
392

Azərbaycanda dilənçilər üçün sığınacaq yaradılmalıdır”.

Bunu Milli Məclisin iclasında deputat Fazil Mustafa İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorun 2019-cu il üzrə hesabatının müzakirəsi zamanı bildirib.

O qeyd edib ki, dilənçilər küçələrdən yığışdırılmalı və islah olunmalıdırlar.

“Dilənçilərin sığınacaqlara yerləşdirilməsi vacibdir. Sığınacaqlarda dilənçilərə gündə üç dəfə yemək verilsin”, – deyə F.Mustafa bildirib