Depressiyadan qurtulmaq üçün hər gün bunu edin

0
75

Araşdırmalara əsasən təbiətdə 10 dəqiqəlik gəzinti depressiya və narahatlıq əlamətlərini azaldır, əhval-ruhiyyəni və həyat eşqini artırır.

Araşdırmanın nəticələri “Ecopsychology” jurnalında dərc olunub.

Nəticələr göstərib ki, yaşıl məkanlarda, açıq havada 10 dəqiqəlik gəzinti psixi xəstəlik əlamətlərinə (depressiya və narahatlıq), idrak və emosional tənzimləməyə, əhval-ruhiyyənin və həyat keyfiyyətinin yaxşılaşmasına əhəmiyyətli dərəcədə müsbət təsir edib.

Tədqiqatçılar deyib ki, faydalı təsirlər açıq hava fəaliyyətinin növündən asılı olaraq bir qədər fərqlənir.