Dayanma-durma qaydalarını pozan sürücülərin NƏZƏRİNƏ

0
476

Sürücülər dayanma və durma qaydalarının pozulmasına görə gün ərzində yalnız bir dəfə cərimələnə bilər.

Bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 346-cı maddəsinə “Qeyd” bölməsinin əlavə olunması təklif edilir.

Layihəyə əsasən, şəxs dayanma və ya durma qaydaları ilə bağlı eyni inzibati xətanın törədilməsinə görə gün ərzində təkrar inzibati məsuliyyətə cəlb oluna bilməz.

Qeyd edək ki, dayanma-durma qaydalarının pozulmasına görə cərimə 20 manatdır.