Azərbaycan Daxili İşlər nazirliyi insan hüquqlarının müdafiəsində, vətəndaş məmnunluğunun təmin edilməsində, hər bir şəxsin qanuni mənafelərinin ci¬nayətkar qəsdlərdən qorunmasında, təhlükə¬sizliyin və asayişin təmin edilməsində mü¬hüm rol oynayır. Respublikanın bütün rayon və şəhərlərində hər bir Azərbaycan vətəndaşı özünü rahat və təhlükəsiz hiss edir. Söhbət açacağımız rayonlardan biri də mənim yaşadığı Siyəzən rayonudur. Bu yaxınlarda hörmətli nazir general-polkovnik Vilayət Eyvazovun əmri ilə polis polkovnik-leytenantı Fikrət Məstəliyev Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinə rəis müavini vəzifəsinə təyin edilib. Heç şübhəsiz ki, bu təyinat da digərləri kimi yerində və zamanında həyata keçirilən islahatlardan biridir.
Qeyd edim ki, bu təyinata qədər Fikrət Məstəliyev 10 ilə yaxın Siyəzən Rayon Polis Şöbəsində cinayət axtarış bölməsinin rəisi vəzifəsində çalışıb. Mən şəxsən bir Siyəzən sakini kimi bildirirəm ki, Fikrət Məstəliyev işlədiyi müddət ərzində Siyəzəndə sakinlər tərəfindən hörmət və rəğbətlə qarşılanıb. Asayişin qorunması, cinayətkarlıqla, nakotiklərlə mübarizə sayəsində həmişə ədaləti əməlində, hüququ isə hər şeydən üstün tutaraq rayon camaatına və dövlətinə ləyaqətlə xidmət etmişdir. Əmin-amanlğı daima yüksək səviyyədə qoruduğu, narkotik alüdəçilərinə qarşı amanslz mübarizə apardığı üçün Siyəzən əhalisi tərəfindən onun bütün xidmətləri müsbət qiymətləndirilib. O, rayon camaatı tərəfindən böyük hörmətə malik olub. Vətəndaş məmnunuluğu daima qorunub saxlanılıb. Allah polislərmizi qorusun.