Azərbaycanın daxili işlər orqanlarında kadr təyinatı olub.
Bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, polis mayoru Ələsgərov Ramin Cucuq oğlu Şəmkir RPŞ-nin komandir müavini vəzifəsindən həmin bölüyün komandiri vəzifəsinə təyin olunub.
Qeyd edək ki həmin bölüyün komandiri bayram İsmayılov ötən ilin dekabr ayında Şəmkir RPŞ-yə rəis müavini təyin olunub.