Davamlı hıçqırıq koronavirusun əlaməti ola bilər

0
649

Dörd gün müddətində davamlı olaraq hıçqıran kişinin COVID-19 virusuna yoluxduğu məlum olub.

 62 yaşlı Çikaqo sakini dörd gün davam edən hıçqırığa görə həkimlərə müraciət edib.

Maraqlıdır ki, xəstədə koronavirusun əsas simptomları hesab olunan öskürək, qızdırma, boğaz ağrısı və təngnəfəslik olmayıb.

COVID-19 testi verən kişinin nəticələri müsbət çıxıb.