Danışıqlar nəticə vermədi: Türkiyədə “Instagram” bağlı qaldı

0
39

Türkiyə hakimiyyəti öz ərazilərində “Instagram” bloklanmasını qüvvədə saxlamaqda davam etmək qərarına gəlib.

Bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu deyib.

Buna səbəb bu sosial şəbəkənin nümayəndələri ilə aparılan danışıqlarda mübahisəli məsələlərin həllinə hələlik nail olunmamasıdır.

Nazirin sözlərinə görə, sosial şəbəkə sahibləri “Türkiyə vətəndaşlarının hisslərinə hörmət etmirlər”.

“Tələblərimizi yerinə yetirdikdə qadağanı aradan qaldıracağıq”, – deyə Uraloğlu qeyd edib.