Danimarka rusiyalı 15 diplomatı ölkədən çıxarır.
Bu barədə Danimarkanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Diplomatlara ölkəni tərk etmək üçün 14 gün vaxt verilib. Onlar Rusiya kəşfiyyatı ilə əlaqədə ittiham olunurlar.
Eyni zamanda İsveç də üç rusiyalı diplomatın ölkədən çıxarılmasına qərar verib.
Qeyd edək ki, bu gün İtaliya da 30 rusiyalı diplomatı arzuolunmaz şəxs elan edərək ölkədən çıxarılmalarına qərar verib.