DAMMİB VƏ İNK üzvünün kitabları ABŞ- da işıq üzü gördü

0
906

 

Çağdaş Azərbaycan ədəbiyyatının məhsuldar nümayəndəsi, satirik yazıçı və publisit Qəni Camalzadənin bir birinin ardınca iki bədii nəsr kitabı bu yaxınlarda ABŞ-nın Nyu-York şəhərındə işıq üzü görüb.2018-ci ildə Lulu nəşriyyatı yazıçının “Qızıl Xotuğ” romanını Nadır Ağasiyevin tərcüməsində, rus dilində çap edərək rusdilli amerikalı oxuculara təqdim etmişdi. Elə həmin nəşriyyat bu il yazıçının daha bir oxunaqlı əsərini, “Karxana” romanını tanınmış mütərcim Kamran Nəzirlinin inciliscəyə bədii tərcüməsində nəşr edib. Hər iki kitab Nyu-York Ədəbiyyat Klubunun prezidenti Zinovi Karovinin dəstəyi ilə işıq üzü görüb. Qeyd edək ki, həmyerlimiz də həmin Ədəbiyyat Klubunun üzvüdür. Qəni Camalzadənin bu kitablarını Azərbaycan ədəbiyyatının xaricdə yeni uğurları saymaq olar. DAMMİB-nin və İctimai Nəzarət Koalisiyasının fəxri üzvü olan müəllifin uğurlarına sevinir, ona yeni-yeni ədəbi müvəfəqiyyətlər arzulayırıq.
Tezliklə yazıçı ilə müsahibəni sizə təqdim edəcəyik!

” ictimaixeber.az”