Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzində Ankara şəhərində yerləşən Qazi Universitetinin əməkdaşları ilə görüş keçirilmişdir.
DAMM İB-nin icraçı direktoru Ruhiyye xanım Poladova ilə universitet nümayəndələri arasında əməkdaşlıq üçün razılıq əldə edilmişdir.
Onu da qeyd edək ki, Qazi universiteti 1926-cı ildə yaradılmışdır və Türkiyənin ilk universiteti adını daşıyır.
Görüşdə əldə edilən razılıq birgə əməkdaşlığın müxtəlif aspektlərini idarə edəcək.
Bu barədə daha geniş məlumatı yaxın günlərdə əldə edəcəyik.
“ictimaixeber.az”

